Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub
Türkiyənin paytaxtı Ankarada keçirilən 4-cü Dünya Mədəniyyətləri Festivalında Azərbaycan geniş təmsil olunub. AZƏRTAC xəbər verir ki, "Ebrişem və Sirus" Fondu tərəfindən təşkil edilən və Türkiyə Xarici İşlər Nazirliyinin dəstəyi ilə keçirilən tədbirdə 72 ölkənin diplomatik nümayəndəliyi, səfirlik və mədəniyyət mərkəzləri bir araya gəlib.