Marketlərdəki bəzi qidalar ürək xəstəliyi riskini artıra bilər
Tədqiqatçılar yüksək dərəcədə emal olunmuş qidaların tərkibindəki bəzi emulqatorların ürək-damar xəstəlikləri ilə əlaqəli ola biləcəyini müəyyən ediblər. Bu maddələr çörək, tort, dondurma, desertlər, marqarin və hazır yeməklərdə məhsulun teksturasını yaxşılaşdırmaq və saxlama müddətini uzatmaq üçün istifadə olunur.