Orta Dəhlizin genişləndirilməsi Mərkəzi Asiya və Qafqazın iqtisadi artımına təkan verəcək
Orta Dəhlizin genişləndirilməsi Mərkəzi Asiya və Qafqaz ölkələrinin iqtisadi artımına təkan verəcək. Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Moody's"in hesabatında qeyd olunub. Orta Dəhliz Asiya ilə Avropanı birləşdirən və regionun bir sıra ölkələrindən keçən nəqliyyat-ticarət marşrutudur.