Bakıda 26 yaşlı oğlan daş karxanasında öldü
Bakıda daş karxanasında 26 yaşlı oğlan ürək çatışmazlığından ölüb. Day.Az apa-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonunda baş verib. Məlumata görə, 2000-ci il təvəllüdlü S.Abbasov işlədiyi Qızıldaş qəsəbəsindəki daş karxanasında ürək çatışmazlığından ölüb. Faktla bağlı araşdırma aparılır.