Azərbaycana səfər edən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 8,1% orta illik artımı hədəflənir
Azərbaycan hökuməti 2030-cu ilə qədər Azərbaycana səfər edən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 8,1% orta illik artımını hədəfləyir. Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.