Hacıqabulda 19 yaşlı qız qətlə yetirilib
Hacıqabul rayonunda 2007-ci il təvəllüdlü Züynəb Qocayeva qətlə yetirilib. Day.Az Trend-ə istinadən xəbər verir ki, hadisə bu gün saat 13 radələrində baş verib. İlkin məlumata görə, Hacıqabul rayon sakini Züynəb Calal qızı Qocayeva qardaşı tərəfindən çoxsaylı bıçaq zərbələri ilə öldürülüb.