Oman körfəzində konteyner gəmisinə raket zərbəsi endirilib
Oman körfəzində Panama bayrağı altında üzən konteyner gəmisinə raket zərbəsi endirilib. Bu barədə "Reuters" Britaniyanın dəniz təhlükəsizliyi sahəsində fəaliyyət göstərən "Vanguard" şirkətinə istinadən məlumat yayıb. Şirkətin məlumatına görə, "Vela Nova" konteyner gəmisinə Pakistan sahillərindən 71 dəniz mili məsafədə hücum edilib.