“Neftçi” - “Araz-Naxçıvan” qarşılaşmasında dörd qol vuruldu
Azərbaycan Premyer Liqasının 12-ci turunda "Neftçi" səfərdə "Araz-Naxçıvan"ı 3:1 hesabı ilə məğlub edib. Şamaxı şəhər stadionunda keçirilən qarşılaşma dörd qolla yadda qalıb. İdman.Biz xəbər verir ki, Bakı təmsilçisi matçın 19-cu dəqiqəsində Qustavo Klismanın qolu ilə hesabı açıb. İlk hissə qonaqların minimal üstünlüyü ilə yekunlaşıb.