Almaniya tanklarının Litvaya göndərilməsi planı dəyişdirilib
NATO komandanlığı və Almaniya Silahlı Qüvvələri (Bundesver) Litvada keçiriləcək "Grand Eagle 26" hərbi təlimlərində iştirak etmək üçün tank bölmələrinin bu ölkəyə köçürülməsi planını son anda dəyişdirib. Polşa ərazisindən keçməklə həyata keçirilməsi nəzərdə tutulan yürüş tankların dəmir yolu ilə daşınması ilə əvəz olunub.