Pentaqon ABŞ və Kanada hərbçilərinin qeyri-rəsmi əlaqələrini məhdudlaşdırıb
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) hərbi qulluqçularına amerikalı və kanadalı hərbçilər arasında qeyri-rəsmi ünsiyyətin məhdudlaşdırılması barədə xidməti göstəriş verib. Bu barədə "The New York Times" (NYT) qəzeti Cənubi Dakota ştatından olan respublikaçı senator Mayk Raundsın açıqlamasına istinadən məlumat yayıb.