Azərbaycan-Hindistan mədəni əlaqələrinin inkişafı müzakirə olunub
Azərbaycanın mədəniyyət naziri Adil Kərimli noyabrın 21-də Yeni Dehlidə Hindistanın mədəniyyət və turizm naziri Qacendra Sinq Şekhavat ilə görüşüb. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Görüş Şanxay Əməkdaşlıq Təşkilatının Sivilizasiyalararası Dialoq Forumu çərçivəsində baş tutub.