Gültac Məmmədəliyeva Zaqreb Qran-prisinin bürünc medalını qazanıb
Azərbaycan cüdoçusu Gültac Məmmədəliyeva Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-pri turnirinin bürünc medalına sahib çıxıb. 52 kq çəki dərəcəsində mübarizə aparan idmançımız xorvatiyalı Tixeya Topolovets və Çin Taypeyi təmsilçisi Pin-Syun Tsenq üzərində qələbə qazanaraq 1/4 finala yüksəlib.