Nərmin Abdinova Avropa çempionu oldu
Azərbaycan təmsilçisi Nərmin Abdinova Yunanıstanın Hersonissos şəhərində keçirilən 8-18 yaşlı şahmatçılar arasında Avropa çempionatında qızıl medal qazanıb. Day.Az xəbər verir ki, Azərbaycan Şahmat Federasiyası məlumat yayıb. Nərmin Abdinova 8-ci turda Polşa şahmatçısı Klara Szczotkanı məğlub etməklə fenomenal nəticə göstərib.