Bu marşrutlarla gedən sərnişinlərin diqqətinə
Azərbaycanda 29 istiqamət üzrə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır. Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Müsabiqəyə Bakının 9, 41, 45, 93 və 96 nömrəli şəhərdaxili, 213, 539 və 557 nömrəli şəhərətrafı, eləcə də bir sıra şəhərlərarası avtobus marşrutları daxildir.