Yaşlılıqda ət yemək 100 yaşa çatmaq ehtimalını artıra bilər
Çinli alimlərin araşdırmasına görə, xüsusilə çəkisi normadan az olan 80 yaşdan yuxarı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalı ilə əlaqələndirilir. Day.Az xəbər verir ki, tədqiqatın nəticələri "The American Journal of Clinical Nutrition" jurnalında dərc olunub. Araşdırmada 5 203 nəfərin məlumatları təhlil edilib.