Əbu-Dabi danışıqlarında əsas mövzu təhlükəsizlik olacaq
Rusiya ABŞ dövlət katibi Marko Rubionun Əbu-Dabidə Ukrayna ilə bağlı keçiriləcək danışıqlarda əsas prioritetin tərəflərin təhlükəsizliyinin təmin edilməsi olacağına dair açıqlamasını alqışlayır. TASS-ın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında bildirib.