Azərbaycanın şanlı Zəfəri Kolumbiyada geniş təbliğ olunub
Kolumbiyanın paytaxtı Boqotada 8 Noyabr - Zəfər Günü münasibətilə məlumatlandırma və təbliğat aksiyaları keçirilib. Aksiyalar "Kolumbiyadakı Azərbaycanlılar və Azərbaycanın Dostları" Assosiasiyasının təşkilatçılığı ilə baş tutub. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.