Yenidən sədr və müavin oldular
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. Day.Az APA-ya istinadən xəbər verir ki, iclasda YAP-ın Vlll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavini vəzifəsinə Nizami Səfərovun namizədliyini irəli sürüblər.