Bakıda FIFA U-15 çempionatının qalibləri mükafatlandırılıb
Bakıda FIFA 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Bakı Kristal Zalında təşkil olunan tədbirdə öncə turnir ərzində 1000-ə yaxın oyunu idarə edən hakimlərə xatirə hədiyyələri təqdim olunub.