Cəlilabadda üç avtomobil toqquşub, iki nəfər xəsarət alıb
Cəlilabad rayonunda iki VAZ-2107 və bir VAZ-2106 markalı avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. AZƏRTAC xəbər verir ki, qəza rayonun Mollalı kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə, hərəkətdə olan üç minik avtomobilinin toqquşması nəticəsində iki nəfər xəsarət alıb.