Uşaqlarda aşkarlanan rotavirus nədir?
Rotavirus infeksiyası xüsusilə azyaşlı uşaqlar üçün təhlükəli hesab olunur. Xəstəlik əsasən qış və yaz aylarında daha çox müşahidə edilir və uşaqlar arasında bağça və məktəblərdə sürətlə yayıla bilir. Mütəxəssislər qeyd edirlər ki, xəstəliyin əsas əlamətləri ürəkbulanma, qusma, ishal və qızdırmadır.