27 yaşlı ustanı "tok" vurub öldürdü
Beyləqanda 27 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb. Day.Az xəbər verir ki, Mil qəsəbəsinin ərazisində yerləşən yarımtikilidə usta işləyən Birinci Şahsevən kənd sakini 1999-cu il təvəllüdlü Rəhman Mənsur oğlu Hacızadəni ehtiyatsızlıqdan elektrik cərəyanı vurub. R.Hacızadə xəstəxanaya aparılarkən yolda ölüb.