Romada etirazçılar Kolizeyə daxil olmağa cəhd ediblər
İtaliyanın paytaxtı Romada keçirilən etiraz aksiyaları şəhərin bəzi ərazilərində polislə toqquşmalara çevrilib. Bir qrup nümayişçi qədim Kolizeyin ərazisinə daxil olmağa cəhd göstərsə də, hüquq-mühafizə orqanlarının əməkdaşları onları ərazidən uzaqlaşdırıblar. AZƏRTAC xəbər verir ki, bu barədə "Il Sole 24 Ore" qəzeti məlumat yayıb.