"Volkswagen"də 47 mindən çox insan işsiz qalacaq
Almaniyanın avtomobil nəhəngi "Volkswagen" ölkədə iş yerlərinin ixtisarı planını daha da genişləndirib. Milli.Az musavat.com-a istinadən bildirir ki, şirkət əlavə 12 min ştat vahidini ləğv etmək qərarına gəlib. Konsern 2030-cu ilə qədər Almaniyada ümumilikdə 47 mindən çox ştat vahidini ixtisar etməyi planlaşdırır.