Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İordaniyanın Kərək şəhərində kilsəyə silahlı hücumu pisləyib, ölkənin hökumətinə və xalqına başsağlığı verib. Day.Az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in sosial şəbəkə hesabında paylaşım edilib. Bildirilib ki, ibadət yerlərinə qarşı zorakılıq və mülki şəxsləri hədəf alan hücumlar pislənilir.