SOCAR İtaliyanın kənd təsərrüfatı və balıqçılıq sektorları üçün yanacağın qiymətini endirib
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İtaliyadakı törəmə şirkəti "IP" vasitəsilə ölkə üçün strateji əhəmiyyət kəsb edən iki sahəni dəstəkləmək məqsədilə İtaliyanın kənd təsərrüfatı və mühərrikli balıqçılıq sektorlarında fəaliyyət göstərən müştərilər üçün yanacaq qiymətlərində güzəştlər tətbiq edib.