III Beynəlxalq Xankəndi Ultramarafonunun sonuncu mərhələsinə Ağdamda start verilib
Bu gün Ağdamda III Beynəlxalq Xankəndi Ultramarafonunun dördüncü və sonuncu mərhələsinə start verilib. Trend-in Qarabağ bürosu xəbər verir ki, Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 6 ölkədən 97 atlet iştirak edir.