Tramp ABŞ-ın husilərlə əlaqə saxladığını bildirib
ABŞ Yəməndə fəaliyyət göstərən husilərin "Ənsar Allah" hərəkatı ilə əlaqə saxlayır. APA xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Endryus hərbi bazasında jurnalistlərlə söhbəti zamanı deyib. "Biz husilərlə əlaqə qurmuşuq və bundan sonra nə olacağını görəcəyik. Lakin onların etdikləri çox pis idi", - Tramp bildirib.