Ermənistanda hərbçi güllə yarasından ölüb
Ermənistanda hərbçinin meyiti aşkarlanıb. Day.Az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, bu gün hərbçinin odlu silah yarası almış meyiti tapılıb. Qeyd olunub ki, hadisənin başvermə şəraitinin və səbəblərinin aydınlaşdırılması məqsədilə araşdırmaya başlanılıb.