Özəl Sektor üzrə Məşvərət Şurası Orta Dəhlizin səmərəliliyini artıra bilər
Özəl Sektor üzrə Məşvərət Şurasının (Private Sector Advisory Council, PSAC) yaradılması Orta Dəhlizin səmərəliliyini artıra bilər. Bu barədə Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) özəl sektorun Transxəzər Nəqliyyat Dəhlizinin potensialının üzə çıxarılmasındakı roluna həsr olunmuş nəşrində bildirilib.