ABŞ-ın şimal-şərqini fırtına vurub, ölən var, aviareyslər ləğv edilib
ABŞ-ın şimal-şərqində bazar günü güclü yağış və külək müşahidə olunan fırtına nəticəsində on minlərlə insan işıqsız qalıb, 1 nəfər ölüb. Bu barədə AFP məlumat yayıb. Bruklində 56 yaşlı kişi küləyin aşırdığı ağacın onun üzərinə düşməsi nəticəsində ölüb. Nyu-York, Boston və Filadelfiya fırtınanın təsirinə məruz qalıb.