Nazirlər Kabineti dövlət məktəblərində geyim formaları qaydalarına dəyişikliyi təsdiqləyib
Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli 96 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri"ndə dəyişiklik edilməsi haqqında Qərar imzalayıb. Sənədin mətni Nazirlər Kabientinin rəsmi internet saytında dərc edilib.