Şamaxıda “Nəsimi Bağları” kompleksi: 120 hektarlıq ərazidə turizm və mədəniyyət məkanı
"Nəsimi Bağları" kompleksi ümumilikdə 120 hektar ərazini əhatə edir və turizm baxımından mühüm əhəmiyyət daşıyır. Trend-in Şamaxıya ezam olunmuş müxbiri xəbər verir ki, bunu "Nəsimi bağları" kompleksinin layihə koordinatoru Zəhra Tağıyeva jurnalistlərə açıqlamasında deyib.