Smartfon və planşet gözlərə necə təsir edir?
Smartfon, planşet və kompüter ekranlarından uzun müddət fasiləsiz istifadə gözlərdə quruluq, bulanıq görmə və narahatlıq yarada bilər. Day.Az xəbər verir ki, həkim-oftalmoloq Dinara Muqudinovanın sözlərinə görə, ekran qarşısında göz qırpma tezliyi azalır və bu da göz yaşı təbəqəsinin daha tez qurumasına səbəb olur.