PSJ-nin müdafiəçisi Premyer Liqa nəhənglərinin hədəfindədir
PSJ-nin müdafiəçisi Villian Paço karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. Bu barədə insayder Əkrəm Konur məlumat yayıb. Belə ki, "Mançester Siti" və "Arsenal" ekvadorlu futbolçunun xidmətində maraqlıdır. Hər iki klub qarşıdakı transfer pəncərəsində 24 yaşlı mərkəz müdafiəçisi üçün hərəkətə keçməyi planlaşdırır.