Şimali Kipr sahillərində gəmi qəzasında ölənlərin sayı 13-ə çatıb
Girnədə baş vermiş gəmi qəzasında ölənlərin sayı 13-ə çatıb. Day.Az xəbər verir ki, bu barədə Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Baş naziri Ünal Üstel məlumat verib. "Tapılan meyitlə birlikdə qəzada həyatını itirənlərin sayı 13-ə çatıb, itkinlərin sayı isə 15-dir".