Qonşu ölkədə güclü zəlzələ olub
Rusiyanın Cənubi Kuril adaları yaxınlığında, Sakit okeanda 5,4 bal gücündə zəlzələ baş verib. Day.Az Trend-ə istinadən bildirir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Saxalin şöbəsindən məlumat verilib. Məlumata əsasən, zəlzələnin episentri İturup adasındakı Reydovo kəndindən 144 km şərqdə olub.