Bakıda tələbə faciəli şəkildə öldü
Paytaxtın Yasamal rayonunda binadan yıxılan gənc oğlan ölüb. Day.Az unikal-a istinadən xəbər verir ki, hadisə ötən gün qeydə alınıb. Salyan rayon sakini Şirməmməd Atayev çoxmərtəbəli binanın 13-cü mərtəbəsinin eyvanından yıxılaraq həyatını itirib. Mərhumun tələbə olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.