Şabranda ağır qəza: Ölən var
Şabranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Day.Az AZƏRTAC-a istinadla xəbər verir ki, Gəndob-Yalama yolunun Şabran rayonunun Şahnəzərli kəndi ərazisindən keçən hissəsində yük avtomobili ilə "Hunday" markalı minik maşını toqquşub. Hadisə zamanı minlik avtomobilində olan sərnişin ölüb, sürücü isə ağır yaralanıb.