Bu gün metronun iş vaxtı 1 saat uzadılacaq
Bu axşam saat 20:45-də "Sabah"ın UEFA Çempionlar Liqasında "Hapoel"ə (İsrail, Beer-Şeva) qarşı Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəyi pley-off oyunu ilə əlaqədar "Bakı Metropoliteni" QSC-nin iş rejimi dəyişdiriləcək. Day.Az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb.