İsmayıllıda ağır qəza: İş adamı restoranının açılışına bir gün qalmış öldü
İsmayıllıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, qəza dünən axşam saatlarında Muğanlı-İsmayıllı avtomobil yolunun 29-cu kilometrliyində qeydə alınıb. Hərəkətdə olan "Toyota Land Cruiser" markalı avtomobil idarəetmədən çıxaraq yoldan aşıb.