Ötən gün 114 axtarışda olan şəxs saxlanılıb
Avqustun 19-da Azərbaycanda axtarışda olan 114 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb. Day.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində qeydə alınan 44, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması təmin olunub.