Qeyri-sabit hava şəraiti bazara
Bazarlarda tərəvəzlərin qiymətində müəyyən artım müşahidə olunur. Day.Az Xəzər TV-yə istinadən xəbər verir ki, satıcılar bunu bölgələrdə qeyri-sabit və yağışlı hava ilə əlaqələndirirlər. Ən çox bahalaşan məhsullar arasında pomidor, xiyar, kartof və lobya var. Soğanın qiymətində isə ciddi dəyişiklik qeydə alınmayıb.