Makron Fransadakı yanğınlar zamanı tətilə çıxdığına görə tənqid edilib
Fransa Prezidenti Emmanuel Makron ölkədə meşə yanğınları və anomal isti hava şəraitinin davam etdiyi bir vaxtda Kot-d'Azur sahillərində istirahət edərkən çəkilmiş fotosunun mətbuatda yayılmasından sonra müxalifətin tənqidi ilə üzləşib. Bu barədə "Le Monde" qəzeti məlumat yayıb.