Böyük Britaniyada son 48 saatda 11 böyük yanğın baş verib
Böyük Britaniyada son 48 saat ərzində 11 böyük yanğın, cümə günündən etibarən isə 43 yeni meşə və ərazi yanğını qeydə alınıb. AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, Milli Yanğın Rəisləri Şurasının nümayəndəsi Fil Qarriqan yaranmış vəziyyətin yanğınsöndürmə xidmətlərini inanılmaz təzyiq altında qoyduğunu bildirib.