Metronun “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti dayandırılıb
"28 May" və "Nizami" stansiyaları arasında qatarların hərəkəti bu gündən müvəqqəti dayandırılıb. Qərar Bakı Metropolitenində Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsi üzrə əsas tikinti işlərinə başlanılması ilə əlaqədardır. Tikinti mərhələsinin təxminən 10-11 ay davam edəcəyi gözlənilir.