Göyçayda zəncirvari qəza,
Göyçay rayonunda üç minik avtomobili toqquşub. Day.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün rayon mərkəzində baş verib. İlkin məlumata görə, hərəkətdə olan üç minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.