Azərbaycan-Ermənistan sərhədindən dəmir yolu tikintisi davam edir
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Naxçıvanda dəmir yolu infrastrukturunun yenidən qurulması çərçivəsində Azərbaycan-Ermənistan sərhədindən Ordubad istiqamətində ilk 7 kilometrlik hissədə tikinti işlərini davam etdirir. Day.Az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.