Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb
Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün avqustun 4-də keçirilən qabiliyyət imtahanının nəticələrini elan edib. Bu barədə DİM-in rəsmi internet saytında dərc olunmuş məlumatda qeyd edilib.