Çin maşını sürənlər üçün
Azərbaycanda Çin istehsalı avtomobillər üçün ehtiyat hissələrinin qiymətlərində son günlər nəzərəçarpacaq bahalaşma müşahidə olunur. Day.Az xəbər verir ki, bəzi ehtiyat hissələrinin dəyəri qısa müddət ərzində iki dəfədən çox artıb. Satıcılar bunu əsasən bazarda məhsul çatışmazlığının yaranması ilə əlaqələndirirlər.